“Zaman üstü söz demək istəyi”
14.2.2017

“Zəkioğlu” nəşriyyatı tərəfindən şair-tədqiqatçı Qardaşxan Əzizxanlıya həsr olunmuş “Zaman üstü söz demək istəyi” adlı kitab çap olunub.

Kitabda görkəmlı söz və sənət adamlarından Məmməd Araz, Söhrab Tahir, Xəlil Rza Ulutürk, Səyavuş Sərxanlı, Mövlud Süleymanlı, həmçinin xanəndə Alim Qasımov və başqalarının şair Qardaşxan haqqında məqalə və rəyləri toplanıb. Topluda, eyni zamanda, Nizaməddin Şəmsizadə, Abid Tahirli, Yaşar Məmmədli, Şaiqə Həmzə qızı və digər filoloq alimlərin şairin yaradıcılığını təhlil edən yazıları da yer alıb. Əjdər Ol, Paşa Qəlbinur, Əli Şirin Şükürlü, Günel Natiq kimi qələm dostları da şairin poeziyası barədə fikirləri ilə onun yaradıcılığının müxtəlif məqamlarını əks etdirməyə çalışıblar.

Üz və arxa qabığında rəssam Gilan Dənizın əsərlərinin repreduksiyası verilmiş kitabın tərtibçi redaktoru Nurlan Umuddur.

azertag.az