Sumqayıt Teatrı “Subaylarınızdan görəsiniz” komediyasını yeni quruluşda tamaşaya hazırlayır
13.2.2017

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşanın məşqləri davam edir. Quruluşçu rejissor teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovdur.

Teatrın direktoru İslam Həsənov bildirib ki, bu əsər hələ illər öncə Sumqayıt teatrında uğurlu səhnə həllini tapıb. Yeni quruluşun fərqi isə rejissor yanaşması ilə bərabər, həm də aktyor ansamblındakı özəllikdir. Belə ki, respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov xüsusi dəvətlə teatrın yeni kreativ layihəsinə qatılıblar. Sumqayıtlılar komediyadakı Səməni və Seyfi obrazlarını tezliklə bu sevilən aktyorların ifasında görüb məmnun qalacaqlar.

azertag.az