“Bakı-2017” Könüllülər Proqramının müsahibə mərhələsi yekunlaşmaq üzrədir
13.2.2017

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi “Bakı-2017” Könüllülər Proqramının müsahibə mərhələsini yekunlaşdırmaq üzrədir.

Könüllülər Proqramına qeydiyyatdan keçmiş, ancaq müsahibədə iştirak etməyən namizədlər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saat 10:00-dan 18:00-dək fəaliyyət göstərən Könüllülər Mərkəzinə yaxınlaşaraq müsahibə mərhələsində iştirak edə bilərlər.

Müsahibədə iştirak edən namizəd seçim mərhələsini uğurla keçərsə, onun qeydiyyatdan keçdiyi elektron poçt ünvanına Oyunlar zamanı icra edəcəyi vəzifə barədə məktub göndərilir. Namizəd həmin məktubdakı keçidə daxil olaraq vəzifəsini təsdiq etməlidir.

Doqquz mindən artıq namizədin iştirak etdiyi müsahibə mərhələsi fevralın 16-da başa çatacaq.

azertag.az