Musiqili Teatrın aktyorları Fəcr Festivalında mükafata layiq görülüb
19.1.2017

Musiqili Teatrın əməkdar artistləri Nahidə Orucova, Ələkbər Əliyev və Əkbər Əlizadə İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüblər.
Teatrdan verilən məlumata görə, Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.
Qeyd edək ki, teatr festivalda Azərbaycanı Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə təmsil edib.

report.az