“Neftçi”-“Tosno” oyunu heç-heçə yekunlaşıb
18.1.2017

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.

Komandamız Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb.

“Bellis Deluxe” otelinin meydançasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

“Neftçi”nin qollarını Ramon Kardozo və Murad Ağayev vurublar.

Bakı təmsilçisi daha əvvəl yerli “Sivasspor” komandası (0:0) ilə heç-heçə oynayıb, “Nasaf”a (Özbəkistan) 0:1 və “Kukesi”yə (Albaniya) 2:4 hesabı ilə məğlub olub.

azertag.az