Sabirabadda kənd məktəbi üçün tikilən binanın inşası başa çatmaq üzrədir
18.1.2017

Sabirabadın Yaxadəllək kəndində tam orta məktəb üçün tikilən 360 şagird yerlik binanın inşası yekunlaşır.

Tikintisinə 2015-ci ilin mart ayında başlanan binada inşaat işlərinin əsas hissəsi başa çatdırılıb. Binanın dam örtüyü vurulub, qapı və pəncərələr qoyulub, elektrik, su və digər kommunikasiya xətləri çəkilib, istilik sistemi quraşdırılıb, fasad hissə və daxili divarlar rənglənib. 16 sinif otağı, idman və akt zalları, kimya, fizika və biologiya laboratoriyaları, kompüter otaqları, kitabxana, yeməkxana və digər yardımçı sahələri olan məktəb binasının hazırda döşəməsi vurulur və digər tamamlama işləri görülür. Məktəb yeni inventar və avadanlıqlarla təchiz olunacaq.

İnşaat işləri bu ilin mart ayının sonlarınadək başa çatdırılacaq.

azertag.az