Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçiriləcək
18.1.2017

Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçiriləcək.
Teatrdan verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nizami Cəfərovdur.
Yanvarın 21-22-də göstəriləcək tamaşanın müəllifi xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edəcək. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.
Tamaşanı Ceyran Həsənli idarə edəcək.

report.az