Prezident İlham Əliyev Davosda BƏƏ-nin “VPS Healthcare” şirkətinin icraçı direktoru ilə görüşüb
18.1.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin icraçı direktoru Şamşir Vayalil ilə görüşü olub.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edilib. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulanıb, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

report.az