Azərbaycanlı FIFA referisi Avropa çempionatına təyinat alıb
17.1.2017

Futzal üzrə FIFA referisi Yusif Nurullayev Avropa çempionatının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb.

AFFA-dan bildiriblər ki, Gürcüstan, Şotlandiya, İsveçrə və İsrail yığma komandalarının mübarizə aparacağı bu qrupun oyunları yanvarın 23-dən 28-dək Tbilisidə təşkil ediləcək.

azertag.az