Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” hazırlanır
17.1.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, “Vurğuna vurğun gəlin” adlı yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.

Tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlunun Xalq Şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Yeni səhnə əsəri yaxın günlərdə ADGTT-nın kiçik səhnəsində nümayiş etdiriləcək.

azertag.az