Dövlət Mahnı Teatrında balacalar üçün iki maraqlı tamaşa hazırlanır
17.1.2017

Yanvarın 22-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq.

Teatrdan bildirilib ki, rejissor Ella Hacıyevanın quruluşunda təqdim ediləcək səhnə əsəri kiçik və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələrdən bəhs edir.

Bundan əlavə, sənət ocağında yanvarın 29-da Ella Hacıyevanın quruluşunda “Şahzadə və Qurbağa” balet-tamaşası da balacaların görüşünə gələcək.

azertag.az