Türkiyənin çox sevilən qəhrəmanı “Pepee” Bakıya gəlir
16.1.2017

Martın 18-19-da Bakıda ilk dəfə Heydər Əliyev Sarayında “Pepee” uşaqlar üçün interaktiv tamaşa göstəriləcək.

Bu barədə məlumat sarayın “facebook” səhifəsində yer alıb.

“Pepee” rəqs və oyunlarla müşayiət olunan ən populyar türk musiqili uşaq tamaşasıdır. Uşaqlar tamaşanın bərabərhüquqlu iştirakçılarına çevrilərək interaktiv oyunlarda bacarıqlarını nümayiş etdirirlər.

İki hissədən ibarət tamaşada uşaqlar Pepee, Şuşu və digər qəhrəmanların mahnılarını dinləyəcək, onlarla birlikdə rəqs edəcək və interaktiv oyunlara qatılacaqlar.

azertag.az