“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş olunacaq
16.1.2017

Fevralın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.

Səhnə əsərində Fərhad obrazını Rusiyanın Əməkdar Artisti Yevgeni İvançenko, Şirini beynəlxalq müsabiqələr laureatı Olesya Novikova canlandıracaqlar.

azertag.az