Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş konsert proqramı
12.1.2017

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Filarmoniyadan bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra simfonik orkestrin müşayiəti ilə konsert proqramı təqdim edilib. Konsertdə respublikanın tanınmış ifaçıları xalq və bəstəkar mahnılarını səsləndiriblər.

Orkestrə Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov dirijorluq edib. Konsert proqramı maraqla qarşılanıb.

azertag.az