“İçərişəhərdə incəsənətlə istirahət günləri” adlı sərgi açılacaq
12.1.2017

Yanvarın 14-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.

İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə baş tutacaq.

Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunacaq, balacalar üçün heykəltəraşlıq, keramika və rəsm ustad dərsləri, o cümlədən digər çoxsaylı maraqlı tədbirlər və əyləncəli proqramlar təqdim olunacaq.

Sərgi iki gün davam edəcək.

azertag.az