Kyokuşin Karate Federasiyasının baş məşqçisi “Əməkdar məşqçi” fəxri adı ilə təltif olunub
11.1.2017

Azərbaycanın kyokuşin karate üzrə gənclərdən ibarət yığma komandasının ən yaxın hədəfi 2017-ci ilin aprelində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Avropa çempionatında uğurla çıxış etməkdir.

Bu barədə Kyokuşin Karate Federasiyasının gənclərdən ibarət yığma komandasının baş məşqçisi, əməkdar məşqçi Mübariz Məlikov bildirib.

O, çempionata ciddi hazırlıq getdiyini vurğulayıb.

Qeyd edək ki, Mübariz Məlikov bu yaxınlarda "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adı ilə təltif olunub. M.Məlikov milli yığma üzvlərinin Avropa və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərə görə bu mükafata layiq görülüb. O, 2010-cu ildən beynəlxalq dərəcəli hakim, 4-cü dan qara kəmər ustasıdır.

Kyokuşin Karate Federasiyasının gənclərdən ibarət yığma komandasının üzvləri dəfələrlə Avropa və beynəlxalq turnirlərin qalibləri, mükafatçıları olublar.

trend