Azərbaycan - Almaniya: bilet satışı başladı
11.1.2017

Azərbaycan - Almaniya oyununa bilet satışı başlayıb.

AFFA-ya istinadən verilən məlumata görə, FIFA-2018 dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı dünəndən etibarən başlayıb.

Biletləri http://tickets.affa.az/ ünvanından əldə etmək olar.

Biletləri kassalardan fevralın 1-dən etibarən əldə etmək olar.

trend