“YARAT” Film Klubunda “Kənarda” qısametrajlı filmi nümayiş olunacaq
11.1.2017

Yanvarın 17-də “YARAT” Müasir İncəsənət Mərkəzində gənc kinorejissor Cavid Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunacaq.

Mərkəzdən bildirilib ki, ingilis dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər. Ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır.

“YARAT” Film Klubunun təşkil etdiyi ekran əsərinin xronometrajı 15 dəqiqədir.

azertag.az