2016-cı il üçün “İlin fotoqrafı” seçiləcək
10.1.2017

Yanvarın 14-də Azərbaycan Fotoqraflar Birliyinin “İlin fotoqrafı-2016”nın təqdimat mərasimi keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək.

Tədbirdə Azərbaycan fotoqrafiya sənətində 2016-cı ilin yekunları elan ediləcək və 22 nominasiya üzrə mükafatlar təqdim olunacaq. Həmçinin Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi nümayiş ediləcək.

Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 1999-cu ildən bu günədək ənənəvi ilin yekun tədbiri olan “İlin fotoqrafı” mükafatlandırma mərasimi keçirilir.

Tədbirin informasiya dəstəyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusdur.

azertag.az