Bilik yarışında fərqlənən şagirdlər mükafatlandırılıblar
9.1.2017

Gəncədə keçirilən bölgə məktəblilərinin bilik yarışında fərqlənən şagirdlər mükafatlandırılıblar.

Bilik Körpüsü Hazırlıq Mərkəzindən bildirilib ki, şagirdlər arasında keçirilən 10-cu bilik yarışında Gəncə, Goranboy, Şəmkir, Göygöl, Samux, Daşkəsən və Mingəçevir məktəbliləri iştirak ediblər.

Şagirdlərə təqdim olunan suallar məktəblilərin yeni dərslik və aylıq proqramlarını əhatə edib. Maksimum nəticə daha çox 9-10-cu sinif şagirdləri arasında qeydə alınıb.

Sonda komissiyanın qərarı ilə yüksək nəticə göstərən 100 şagird seçilib, hər kateqoriya üzrə ilk 10-luq və hər sinif üzrə ilk 3 yerin sahibi diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

azertag.az