Azərbaycanlı musiqiçi Rusiya Böyük Teatrında çıxış edəcək
9.1.2017

Fevralın 22-də Rusiya Böyük Teatrında Pyotr Çaykovskinin “İolanta” operası nümayiş etdiriləcək.

Səhnə əsərində Mavritaniya həkimi İbn Hakia obrazını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov canlandıracaq. Opera müğənnisi martın 23-də isə Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” əsərində Rodriqonun partiyasını ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

azertag.az