Kosmosda 3D printerin fəaliyyəti üzərində işlər aparılır
28.7.2016

Avropa kosmik agentliyinin tədqiqatçıları kosmosda 3D printerin fəaliyyəti üzərində işlər aparırlar.

Vista News saytına istinadla verilən xəbərə görə, elm adamları kosmik laboratoriyada metal sıxlığının öyrənilməsi istiqamətində tədqiqatlara başlayıblar. Belə ki, gələcəkdə kosmik stansiya və raketlərdə 3D printerlərin yerləşdirilməsi düşünülür. Bununla yanaşı, kosmosda cazibə qüvvəsinin olmaması və yüksək temperatur şəraitində yeni qurğunun necə işləyəcəyi öyrənilir. Alimlərin sözlərinə görə, adıgedən cihazın köməyi ilə digər planetlərdə tikililərin inşa edilməsi və bunun üçün müxtəlif lazımi detalların hazırlanması mümkün olacaq.

Hazırda elm adamları printerin köməyi ilə Ayda kosmik bazaların yaradılması ətrafında müzakirələr aparırlar. Onların sözlərinə görə, bunun üçün marsaxodun Ayın səthindən topladığı buz və printerin lazımi tikinti materialına çevirəcəyi gərəkli metallardan istifadə ediləcək.

azertag.az