Səkər insanın ömrünü 20 faiz qısaldır
24.6.2016

Tədqiqatçılar müəyyən edib ki, orqanizmdə şəkərin yüksək səviyyəsi bir çox xəstəliklərin inkişafına şərait yaradır və insanın ömrünü qısaldır.

“healthvesti.com” saytına istinadla verilən xəbərə görə, tədqiqatçılar tərəfindən həyata keçirilən kompleks təcrübələr şəkərin insan ömrünə mənfi təsirini sübut edib. Şəkərli qidalar həm kişilərin, həm də qadınların səhhətinə ziyan vurur.

Tədqiqatlarda sübut olunub ki, orqanizmdə şəkərin yüksək səviyyəsi çoxsaylı mürəkkəb xəstəliklərin inkişafına gətirib çıxarır və insan ömrünü 20 faiz qısaldır. Təcrübələr qurdlar üzərində aparılıb, alimlər süni uzunömürlülük yaradan mutasiyalar edib, sonra qurdları şəkərlə qidalandırmağa başlayıb. Nəticədə, qurdların ömrü 20 faiz azalıb. Bundan əlavə, böyük miqdarda qlükoza qurdlardakı uzunömürlülük meylini yatırıb.

azertag.az