"Apple" rekord sayda "iPhone 7" istehsal edəcək
25.5.2016

"Apple" korporasiyası tədarükçülərini ilin sonuna kimi 72-78 milyon ədəd "iPhone 7" smartfonu üçün komponentləri istehsal etməyə çağırıb. Bu barədə "Economic Daily" qəzetinə istinadən xəbər verilir.

Bu, son 2 il ərzində "iPhone" üçün istehsal ediləcək telefon hissələrinin rekord göstəricisi olacaq. Analitiklərin ilkin proqnozlarına əsasən, bu il 65 milyon yeni smartfon istehsal edilməli idi.

Qəzetin məlumatına əsasən, Tayvanın "Foxconn" şirkəti yenə də "iPhone 7" üçün komponentlərin əsas tədarükçüsü olacaq. Eyni zamanda Tayvanın "Pegatron Corp" şirkəti yeni smartfonlar üçün avadanlıqlar istehsal edəcək.

trend.az