Bir ailə 300 il əvvəl batan gəmidən xəzinə tapdı
31.7.2015

Amerikanın Florida ştatı sahillərində xəzinə axtaran bir ailə əsrlər əvvəl batmış bir gəminin içərisindən axtardığını tapıb.

3 əsr əvvəl batan “Queens Jevells” (Kraliçanın Qızılları) adlı gəmidə tapılan xəzinənin 51 qızıl sikkədən və 12 metr uzunluğundakı qızıl zəncirdən ibarət olduğu məlum olub.

Dəyəri 1 milyon dollar olan xəzinə ailə üzvləri arasında bölünəcək. Məlumatlara görə, xəzinəni tapan Schimitt ailəsi illərdir batıq gəmilərin içərisində xəzinə axtarırlar.

Florida ştatındakı qanunlara görə, dövlət tapılan xəzinənin 20%-ə əl qoyur və muzeydə sərgiyə çıxarır.

Gün.Az