250 metr hündürlükdən düşəndən sonra sağ qalan insan
19.12.2014

Tailandda Rusiya vətəndaşı maşın ilə 250 metr hündürlükdə qayadan aşağı düşüb. O, aşağı düşdükdən sonra sağ qalıb.

29 yaşlı Nikolay Onopreinko "Honda Jazz" markalı avtomobilin idarəetməsini itirib və nəticədə qayadan aşağı düşüb.

Ərazidə olan balıqçılar sürücünü maşının içindən çıxarda biliblər. Sürücünü huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. O, kəllə-beyin travması alsa da, sağ qalıb.

Milli.Az