ABŞ-ın Milli Aviasiya
və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) yeni proqramı olan "Hi-Seas"
layihəsi çərçivəsində Marsda astronavtlar üçün yaşam məkanı hazırlanır.
Marsda tikiləcək modulun imitasiyası hazırda Havay adalarında inşa olunub.
6 astronavt üçün nəzərdə tutulmuş modul 6 yataq otağı, mətbəx, qonaq və yemək otaqlarından ibarətdir.
Modulun sınaqlarına cəlb olunmuş könüllülər Marsdakı situasiyanı təkrarlayan durumda yaşayırlar.
Sınaqların ilk mərhələsi 4 ay, 2-ci mərhələ 8 ay olub. 3-cü mərhələ isə artıq 3 ildir ki, davam edir.
Yarımdairəvi,
qübbəli yaşam modulunun hündürlüyü 11 metrdir. Modul müəlliflərinin
dediklərinə görə, bu minvalla onlar modulda yaşayacaq şəxslərdə
klaustrofobiyanın yaranmamasına çalışırlar.
Havay
arxipelaqının Mauna-Loa adasındakı böyük qubbə modulun diametri də 11
metrdir. 1000 m2 sahəyə malik modeldəki sınaqların nə zaman başa
çatacağı barədə məlumat verilməyib.
Milli.az