Bu da Marsda tikiləcək ev - FOTO
24.10.2014

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) yeni proqramı olan "Hi-Seas" layihəsi çərçivəsində Marsda astronavtlar üçün yaşam məkanı hazırlanır.

 
Marsda tikiləcək modulun imitasiyası hazırda Havay adalarında inşa olunub.

6 astronavt üçün nəzərdə tutulmuş modul 6 yataq otağı, mətbəx, qonaq və yemək otaqlarından ibarətdir.
Modulun sınaqlarına cəlb olunmuş könüllülər Marsdakı situasiyanı təkrarlayan durumda yaşayırlar.
 
Sınaqların ilk mərhələsi 4 ay, 2-ci mərhələ 8 ay olub. 3-cü mərhələ isə artıq 3 ildir ki, davam edir.
 
Yarımdairəvi, qübbəli yaşam modulunun hündürlüyü 11 metrdir. Modul müəlliflərinin dediklərinə görə, bu minvalla onlar modulda yaşayacaq şəxslərdə klaustrofobiyanın yaranmamasına çalışırlar.
 
Havay arxipelaqının Mauna-Loa adasındakı böyük qubbə modulun diametri də 11 metrdir. 1000 m2 sahəyə malik modeldəki sınaqların nə zaman başa çatacağı barədə məlumat verilməyib.



Milli.az