Uğurlu reklam onu milyarderə döndərdi - FOTO
23.10.2014

Baş rolda "Aleksandr Orlov" adlı surikatın çəkildiyi reklamlar seriyasından sonra məşhurlaşan və böyük şirkətə çevrilən CompareTheMarket.com onlayn-sığorta portalının sahibi, 62 yaşlı Dou Şteyn Cənubi Afrika Respublikasının ən böyük malikanəsində yaşayır.

Şteyn Yohannesburq şəhərinin yaxınlığında tikdirdiyi nəhəng malikanədə yaşayır.

Onlayn sığorta şirkəti qısa zamanda fenomenal populyarlaşan D.Şteynin Londonun Belqraviya səmtində də 79 milyon dollarlıq superlüks malikanəsi var.

Ekspertlər hesab edirlər ki, Devid Şteynin uğurlarının əhəmiyyətli hissəsi "Aleksandr Orlov" və "Oleq" adlı surikat obrazlarından istifadə olunmaqla çəkilərək nümayiş olunmuş reklam kampaniyası ilə bağlıdır.

CompareTheMarket.com onlayn sığorta şirkətinin baş ofisi İngiltərənin Linkolnşir qraflığındakı Piterboro şəhərindədir. Şirkətin dəyəri 1 milyard dollara yaxındır.

1992-ci ildə yaradılmış şirkət rus ləhcəsi ilə danışan surikat obrazından istifadə edərək qeyri-adi reklam gedişi etmişdi.

CAR-da doğulan, bu ölkənin vətəndaşı olan Devid Şteyn Yohannesburqda 5-ulduzlu otel və Limpopo çayının sahilində də "Shambala Private Game Reserve" istirahət mərkəzinin sahibidir.

O, CAR-ın mərhum prezidenti Nelson Mandelanın yaxın dostu olub.

Ötən il Devid və Kerolayn Şternlərin toyunda CAR-ın ən məşhur siyasətçiləri ilə şou-biznes ulduzları iştirak etmişdilər.

 


Milli.Az