Estoniya 50 avroya vətəndaşlıq verəcək
23.10.2014

Estoniya əcnəbilər üçün “Elektron vətəndaşlıq” haqqında qanun qəbul edən ilk dünya ölkəsi olub.
Bloomberg-ə istinadən verilən xəbərə görə, Estoniya parlamenti oktyabrın 21-də qanun layihəsini təsdiq edib.
“Elektron vətəndaşın rəqamsal şəxsiyyət vəsiqəsi Estoniya ilə bağlı olan, bu ölkənin rəqəmsal xidmətlərində və ya elektron imza almaqda maraqlı olan fiziki şəxslərə verilə bilər”, - deyə izahedici yazıda bildirilir.
Əcnəbilər 1 Dekabr 2014-cü il tarixində qüvvəyə minəcək bu qanun sayəsində yerli yurisdiksiyada öz şirkətlərini qeydiyyatdan keçirə, Estoniya banklarında hesab açdıra və elektron imzadan istifadə edə bilərlər.
Bu vətəndaşlığın qiyməti 50 avro olacaq.

Gün.Az