Pəhləvan qadın ərini bir əllə qaldırır - FOTO
2.9.2014

32 yaşlı Bekki Barrett təvazökarlıq etsə də, Britaniyanın ən güclü qadınıdır. 6 yaşlı Kaylanın anası Bekki 70 kq ağırlığında ştanqı çiyninə alıb asanlıqla oturub-qalxır, 140 kq ağırlığında ştanqı təkanla yerdən "qoparır", 87 kq ağırlığındakı ərini isə bir əllə tutub qaldırır.

Redinq şəhərində yaşayan Bekki ev işlərindəki ağır əşyaları qaldıranda da əsla çətinlik çəkmir.

Bekki indi Britaniya ağır atletika çempionatına qatılmaq niyyətindədir.

2 il əvvəl ağır atletika ilə məşğul olmağa başlamış Bekkinin dediyinə görə, onda irsən fiziki güc var.

"Bir əllə divanı qaldırır, ya da belimə tros bağlayıb maşınımızı çəkirdim. Ərim Adam fitnes məşqçidir və mənə ağır atletika ilə məşğul olmağı təklif etdi. Bu idman növünü çox sevdim. Ölkə çempionatında qalib gəlmək arzusundayam", - Bekki Barrett deyib.

Bekki qeyri-rəsmi nikahda olduğu əri, 34 yaşlı Adam Heylinin rəhbərliyi ilə intensiv məşqlərə başlayıb.

 


Milli.Az