Araşdırmalar göstərir ki, qidalar diyetoloqların pəhriz siyahısında əsas yerləri tutur. Hər bir qidanın, təbii yağların, bitkilərin, meyvə və tərəvəzlərin müxtəlif faydası var.
Bəzi qidalar da tərkibindəki maddələrin yağ yandırıcı
olması özəlliyini özündə daşıyır. Araşdırmalar göstərir ki, bu qidalar
diyetoloqların pəhriz siyahısında əsas yerləri tutur.
Kilo verdirən 7 möcüzəli qida
Qara paxla: Qara paxla lif və protein
baxımından olduqca zəngin olsa da, tərkibində yağ yoxdur. Onun
tərkibindəki flavonid maddəsinin qarın bölgəsindəki yağların ərimə
prosesini sürətləndirdiyi deyilir.
Partlamış qarğıdalı: Duzlu qarğıdalı nə qədər
qəribə görünsə də, arıqlamağa kömək edir. Sadəcə duzunun az olmasına
fikir verin. Tərkibində tam taxıl kimi maddələr olduğu üçün sağlamlıq
üçün olduqca faydalıdır.
Alma sirkəsi: Alma sirkəsi yağları yandıran
ən məşhur vasitədir. Ancaq həddindən artıq istifadə etmək olmaz. Alma
sirkəsini salatlara dad vermək üçün, yaxud hər səhər bir stəkan suya 1
çay qaşığı əlavə edərək içə bilərsiniz. O, yağ turşularını yandırdığı
üçün bədənə yağ anbarı yığılmasına imkan vermir.
Çərəzlər: Fındıq və meyvə quruları kalorili
olmasına baxmayaraq, doymamış yağlardan ibarət olduğu üçün artıq çəki
almağa qoymur. Əksinə toxluq hissi verdiyi üçün çox yeməyin qarşısını
alır.
Soyuq kartof: Salatlara qatılan kartoflar
mayonez istifadə edilmədiyi halda isti kartofla müqayisədə daha az
qlisemik indeksə sahib olur. Bu qida soyuduğu zaman içindəki liflər
formasını dəyişdirir və daha rahat həzm olunan hala gəlir.
Göbəyə qarşı armud: Ən şirin və sulu armud
olsa belə, liflə zəngin olduğu üçün kalori baxımından kasıbdır. Səhər və
axşam yeməyindən əvvəl 1 ədəd armud yeyə bilərsiniz. Tərkibindəki
antioksidantlar sayəsində qarın hissədə yığılan heyvan mənşəli yağların
yanmasını sürətləndirir.
Çay da arıqladır: Çayın yağları yandırıcı
xüsusiyyəti elmi araşdırmalarda öz təsdiqini tapıb. Bəyaz Çin çayı yağ
hüceyrələrinin həcmlərinin 70 faizə qədər daha az yağ saxlamasını təmin
edir.
Bulud.info