Bakıda bahalı qiymətə satılan “07” - FOTO
22.8.2014

Azərbaycanda avtomobil satışı ilə məşğul olan Turbo.Az saytında qiyməti 12 500 dollar olan “VAZ-2107” elanı yer alıb.

2011-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib.

Tüninq vasitəsilə ecazkar vəziyyətə gətirilən avtomobilin salonu xarici avtomobillərin salonundan seçilmir.

Bu “VAZ-2107”-nin texniki hissəsində aparılan işlər də diqqət çəkir. Avtomobil zavod istehsalı olan “2107”-lərdən fərqli olaraq ABS əyləc sistemi ilə təchiz olunub. Bundan əlavə avtomobilə 3 oyun kompüteri, 4 kamera, yağış sensoru, avtomatik şüşəqaldırıcılar, bort kompüter və naviqasiya sistemi də quraşdırılıb.

Qeyd edək ki, mühərrik start-stop düyməsi ilə hərəkətə gətirilir.


Oxu.az