Əfsanəvi kapitana belə dəyər verdilər
25.7.2014

İngiltərə yığmasında karyerasını bitirdiyini bildirən Stiven Cerrard yeni təklif alıb.

Cerrard yeni təklifi şərəfini qoruduğu klubdan – “Liverpul”dan alıb.

Klub rəhbərliyi Cerrardın milli karyerasını bitirib, bütün diqqətini kluba yönəltməsini dəyərləndirmək fikrindədir. “Liverpul”un əfsanəvi kapitanına təklif etdiyi yeni müqavilə görə, Cerrard həftədə 190 min avro məvacib alacaq.

Klub rəhbərliyi ümid edir ki, kapitan müqaviləni daha bir illiyinə uzadacaq. Cerardın müqaviləsi 2015-ci ildə başa çatır.

Publika.az