İdman
ayaqqabıları artıq təkcə idman və ya gəzintiyə gedən zaman geyinilən
geyim əşyası deyil. Belə ki, idman ayaqqabıları bir neçə mövsümdür ki,
dəb zirvəsini zəbt edib. Geyim tərzinizin nə olmasından asılı olmayaraq,
idman ayaqqabılarını hər üsluba uyğunlaşdıra bilərsiniz. İndi demək
olar ki, idman ayaqqabılarla geyinə bilməyəcəyimiz üslub yoxdur.
Publika.Az-ın qadın bölməsi yazın ən yaxşı idman ayaqqabılarını nə ilə
geyinməyin qaydalarını izah edəcək.
Manto və plaşlarla - Dəb həftələrinin küçə stilini
izləyirsinizsə, bütün qış manto və plaşlarla idman ayaqqabı geyinən
modapərəstlər mütləq gözünüzə sataşıb. Bəli, siz klassik manto və
baharın əvəzedilməz plaşlarını idman ayaqqabılaır ilə sintez etsəniz,
olduqca xarizmatik görünə bilərsiniz.
Bleyzer pencək - İdman ayaqqabılarını klassik
geyimlərlə geyinməyi sınaqdan keçirin. Qadın bədən quruluşunu vurğulayan
həm ən bəsit, həm də ciddi pencəklərlə idman ayaqqabılarının
sintezindən istifadə edə bilərsiniz.
Dəri şalvarla - Dəri şalvarlarla idman ayaqqabılar
çox gözəl yaraşır. İkisi də bir-birinə zidd olan geyimlər olduğu üçün bu
tandemə heyran olacaqsınız.
Mini ətəklə - Mini ətəklərin zərifliyini idman
ayaqqabıları ilə poza bilərsiniz. Mini ətəyi idman ayaqqabıları ilə
birlikdə geyinib həm rahat, həm də çəkici tərzə imza ata bilərsiniz.
Şortla - Həftəsonu üçün həm rahat, həm də eleqant bir stil axtarırsınızsa, şortla idman ayaqqabılarını birləşdirin.
Donla - Kim deyir ki, gözəl güllü və ya
uzun donlarla idman ayaqqabılarını geyinmək olmaz. Beləcə zərif idman
üslubu yarada bilərsiniz.
Cins şalvarlarla - Bu cütlük sanki bir-biri üçün
yaradılıb. Moda dünyasında öz əhəmiyyətini itirməyən stillərdən biridir.
Onlar istənilən halda bir-birinə uyğun olurlar.
Dəri pencəklə - Dəri pencəyə idman ayaqqabıları da əlavə olunub. Baharda küçələrdə bu stilə tez-tez rast gələcəksiniz.
Qələm ətəklə - Qələm ətək qadın bədənini zərif
göstərən üslub olmasına baxmayaraq, son zamanlarda idman üslubu ilə
qarışdırılır. Qələm ətəklərlə idman ayaqqabılarının sintezi mövsümün
trendlərinə daxildir.
publika.az