Dəhşət adası satılır - FOTO
16.4.2014

İtaliyanın şimalında, Venesiya körfəzində Venesiya və Lido şəhərləri arasındakı kiçik ada satışa çıxarılıb.

"Dəhşət adası" adlandırılan Poveqliya əsrlər boyu vəba və cüzam xəstələri üçün sürgün yeri, ölüm məkanı idi.
 
1348-ci ildə Venesiyada vəba yayılanda Poveqliya karantin yeri idi. Vəbanın daha geniş yayılmasından ehtiyatlanan Venesiya bu adaya ölümcül xəstəliyə yoluxmaqda şübhəli bilinən insanları yollamışdı.
 
Adanın ortasındakı nəhəng tonqalda vəbadan ölənlər və bu xəstəliyə tutulanlar yandırılmışdılar.
1630-cu ildə adada yenə tonqallar qalanmış, cəsədlər və xəstələr yandırılmışdılar.
 
Daha sonra bu adada ruhi xəstəxana tikilmişdi. Orada ruhi xəstələr lobotomiya əməliyyatlarına məruz qalırdılar.
 
Xəstəxananın həkimlərindən biri isə ruhlardan qorxaraq özünü qüllədən aşağı atmışdı.
 
Adanın 100 min insana məzar olduğu deyilir.