Nardaran məscidi
Nardaran məscidi

Ünvan: AZ1097,Baki,Nardaran,Sabunçu,Asəf Zeynallı

Nardaran ıııəscidi - XV əsr Şirvan memarlığı ənənələrinin XVII əsrdə də davam etdirildiyini göstərən abidələrdən biri Abşeronun Nardaran kəndində 1663-cü ildə tikilmiş məsciddir. Binanın üzərindəki kitabədə abidənin memar Muradəli tərəfindən tikildiyi göstərilir. İstər quruluşca, istərsə də texniki cəhətdən Nardaran məscidi XV əsr Şirvan məscidlərinə oxşayır. Burada, xüsusən, daşların gözəl yonulmasını qeyd etməliyik. Nardaran abidəsi Şirvanşahlar sarayı binalarının səviyyəsində duran yüksək keyfiyyətlə tikilmişdir. Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də vardır: məscidin əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür; məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan sonra ibadət salonuna daxil olurlar. Abidənin içərisində konstruktiv quruluşda da dəyişikliklər vardır. XV əsr binalarından fərqli olaraq günbəz çox zərif sütunlar üzərində tikilmişdir. Məscid ikimərtəbəli olub, birinci mərtəbəsi ziyarətgah kimi saxlanılır. Məscidin iç sahəsi 30x17 metr, hündürlüyü 26 metrdir. Məsciddəki 4 minarənin hər birinin hündürlüyü isə 41 metrdir. Günbəzinin diametri 17 metr, hündürlüyü isə 16 metrdir. Məscidin əsas ibadət zalı 2 günbəzə malikdir.


Rasim Əfəndi Azərbaycan incəsənəti


Baxılıb: 8593


Şərh yaz
Şərhlər və reytinqlər daxil etmək üçün qeydiyyatdan keçin və sistemə daxil olun.