Facebook Pixel Code
GoMap XƏRITƏ
Alpan məscidi
Baxış sayı:
  • Ünvan:
    Quba, AZ4012
  • Telefon:
    (+994 50) 458-98-26 (Bədəlov Bədəl Tərlan)
Avtobus

Alpan kənd məscidi - Məscid Quba rayonunun Alpan kəndindədir. Hicri-qəməri tarixi ilə 1323-cü ildə (XX əsrin əvvəli) tikilib. Iç sahəsi 15x12 metrdir. Alpan kənd məscidinin binası düzbucaqlı formadadır. Damı dəmir təbəqə ilə örtülüb. Minarə güldəstə formasındadır. Minarənin dörd tərəfində gözlük və üstündə aypara rəmzi qoyulub. Məsciddə bir neçə daş kitabə mövcuddur. Alpan kənd məscidi sovetlər dövründə taxıl anbarı qismində istifadə olunub. 1990 - cı ildən sonra məscid bərbad vəziyyətə düşmüşdü. Burada müəyyən qədər təmir işləri aparılsa da, məscid tam abad vəziyyətə gətirilməyib. Türkiyənin Gənclərə Yardım Fondu, habelə sovxoz və kənd camaatının ayırdığı maliyyə vəsaiti ilə məscidin dam örtüyü və tavanında təmir-bərpa işləri aparılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər