Facebook Pixel Code
GoMap XƏRITƏ
Buzovna qəsəbə İmam Hüseyn məscidi
Baxış sayı:
  • Ünvan:
    Ruhulla Axundov, Bakı, Xəzər, AZ1090
  • Telefon:
    (+994 50) 367-38-12 - Əliyev Rasim Rza
Avtobus

Məscid Buzovna kəndinin Naxır bulağı məhəlləsindədir. İnşa tarixi XVII əsrə aiddir. İç sahəsi 24x5 metrdir. İmam Hüseyn məscidinin divarları yonulmuş sal daşlardan işlənib. Divarların qalınlığı 1,10 metrdir. Məscidin interyeri çox sadə rekonstruksiyada olub, iki giriş qapısına və üç pəncərəyə malikdir. Əsas qapıdan içəridə dəhliz yerləşib. Məscidin ön tərəfində geniş eyvan var. Onun sahəsi 4x18 metrdir. Mehrabın hündürlüyü 2 metrdir. Mehrabın üstündə rənglə ərəbcə "Allah, Məhəmməd" sözləri, daha yuxarıda isə "Allah, Məhəmməd, Əli, Fatimə, Həcən, Hüseyn" sözləri yazılıb. Ortada da ərəbcə yazılar həkk olunub.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər