Facebook Pixel Code
GoMap XƏRITƏ
Buzovna qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Ruhulla Axundov, Bakı, Xəzər, AZ1041
Avtobus
Bu məscid Bakının Buzovna qəsəbəsinin mərkəzində yerləşib. Məscidin ilk dəfə olaraq tikintisinə 1900-cü ildə kənd sakini İmralı tərəfindən başlanılıb. Lakin həmin dövrdə baş vermiş erməni - müsəlman müharibəsi bu məscidin tikintisinin başa çatdırılmasına imkan verməyib. İkinci dəfə məscidin tikintisinə 1918 - ci ildə başlanılmış, ancaq yenə də yarımçıq qalmışdır. Üçüncü dəfə 1990-cı ildə bu məscidin tikintisinə başlanılsa da, inşaat işləri başa çatdırılmayıb. Memarlıq üslubu nöqteyi-nəzərindən Buzovna Cümə məscidi özünəməxsus xüsusiyyətlərə malikdir. Məscid bütövlükdə sal daşlardan tikilib, fasad tərəfdən isə daş plitələrlə üzlənib. Bu məscidin minarəsi və günbəzi yoxdur. Tavanı düzbucaqlı formada olub, damının örtüyü qırla işlənib. Məsciddə aparılan sonrakı təmir-bərpa işləri zamanı onun memarlıq üslubuna da xələl gətirilib. Bunu məscidin mehrabının yuxarı hissəsinin damın üstündə qalması da sübut edir. Bu məscidin fasad tərəfində, eləcə də iç divarlarında ərəbcə daş kitabələr həkk edilib. Mehrabın üstündə isə "La ilahə illəllah, Məhəmmədən rəsulullah" sözləri yazılıb.
Son xəbərlər