Koroğlu qalası - Şəmkir şəhəri yaxınlığındakı Koroğlu qalası hündür təpə üstündə, relyef xüsusiyyətləri nəzərə alınaraq yonulmuş daşlardan tikilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, qala müdafiə məqsədilə tikilmişdir. Qala sakinlərini yağış-qar suyu ilə təmin etmək üçün təpədə eni 30-40 santimetr, dərinliyi 15-30 santimetr olan, biri-biri ilə birləşdirilmiş çalalar qazılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu gün qalanın yalnız xarabalıqlan qalmışdır. Qala XVI-XVII əsrlərə aid edilir.
http://www.anl.az/down/medeniyyet2009/yanvar/medeniyyet2009_yanvar_114.htm