Məscid Qax rayonunun ilisu kəndində yerləşib. Giriş qapısının üstündə - sağ və sol tərəfdə daş kitabələr həkk olunmuşdur. Bu kitabələrin birində məscidin inşa tarixi 1142-ci il (XVIII əsrin 30-cu illəri) göstərilir. Məscidin iç sahəsi 23x14 metrdir. İlisu kənd məscidi bütünlükdə bişmiş kərpicdən tikilmişdir. Tavanı düzbucaqlı formada olub, səkkiz sütun üzərində dayanmışdır. Sütunlar bişmiş kərpicdəndir. Məscid istifadə olunmur.
Azərbaycan Respublikasının məscidlərinin ensiklopediyası