Məscid və minarələr
Qarğabazar məscidi (Füzuli)
Qarğabazar məscidi (Füzuli)

Ünvan: AZ1900,Füzuli,Qarğabazar,Füzuli-Cəbrayıl-Mahmudlu yolu

Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. Xatırladım ki, Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur.


http://karabakh-doc.azerall.info/ru/articls/artc124az-35.php



Baxılıb: 2977


Şərh yaz
Şərhlər və reytinqlər daxil etmək üçün qeydiyyatdan keçin və sistemə daxil olun.