Gələn ay Fransadan Azərbaycana böyük nümayəndə heyəti gələcək
6.5.2019

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) üzvləri iyunun 9-da Azərbaycana səfər edəcəklər.

"Report"un Fransa bürosu xəbər verir ki, səfər tanışlıq xarakteri daşıyır.

Fransa nümayəndə heyətinə deputatlar, iş adamları, mədəniyyət və incəsənət xadimləri və digər şəxslər daxildir.

Qonaqlar səfər çərçivəsində Azərbaycanın zəngin tarixi, maddi-mədəniyyət ocaqları, incəsənəti, füsunkar təbiəti ilə yaxından tanış olacaqlar. Onların Şəkiyə, Qobustana, Qəbələyə səfərləri də nəzərdə tutulub.

Səfər Azərbaycanla Fransa arasında turizm əlaqələrinin yaxınlaşmasına, iki xalq arasında dostluq bağlarının möhkəmlənməsinə xidmət edəcək.

Səfər iyunun 16-da başa çatacaq.

Xatırladaq ki, FADA Azərbaycanla əyani tanış olmağı arzulayan yeni üzvləri üçün ildə bir dəfə tanışlıq səfəri təşkil edir.