Akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
17.8.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı ilə oktyabrın 9-10-da görkəmli alim, texnika elmləri doktoru, professor, üç dəfə Dövlət Mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunan “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Akademik V.Əliyev neft kimyası və neft xammalının emalı səhasində tanınmış görkəmli alim olmaqla Azərbaycanda neft emalı elminin və istehsalatının ilk yaradıcılarındandır.

NKPİ-dən bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi görkəmli alimin neft kimyası və neft emalının inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Konfransın elmi proqramında “Neft emalı və neft-kimyasının perspektiv istiqamətləri”, “Yaşıl kimya” və qaz kimyası”, “Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar”, “Oliqomerlər kimyasında innovativ sintezlər və texnologiyalar” bölmələri üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.


azertag.az