"Blockchain & Bitcoin Conference Baku" tədbiri çərçivəsində lotereya keçirilir
17.8.2018

Sentyabrın 27-də keçiriləcək "Blockchain & Bitcoin Conference Baku" tədbiri çərçivəsində lotereya keçirilir.

Konfransdan əvvəl qonaqlar tədbirin rəsmi internet səhifəsinə daxil olaraq "Uğur çarxı" lotereyasında iştirak edə bilərlər.

Lotereya avqustun 13-dən başlayıb və avqustun 20-nə qədər davam edəcək. Konfrans iştirakçıları bu lotereyada şam yeməyi, biletin qiymətinə 200 manat endirim, məruzəçilərin təqdimatlarına ödənişsiz giriş imkanı qazana bilərlər.

Qeyd edək ki, "Blockchain & Bitcoin Conference Baku" tədbirini “Smile-Expo” şirkəti təşkil edib. Konfrans blokçeyn texnologiyalarına, kriptovalyutalara və onların ilkin yerləşdirilməsinə (ICO) həsr olunub.


report.az