Rusiyanın tanınmış balet ulduzları Opera və Balet Teatrının səhnəsində
18.5.2018

İyunun 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər.

Səhnə əsərində rusiyalı balet ustaları ilə yanaşı, Opera və Balet Teatrının solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) də iştirak edəcəklər.

Balet Əməkdar Artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.


azertag.az