Bu il “YARAT”ın ilk qonağı məşhur kikboksçu Zabit Səmədov olacaq
15.1.2018

“YARAT” Müasir İncəsənət Mərkəzinin budəfəki qonağı tanınmış idman ustası, məşhur kikboksçu Zabit Səmədov olacaq.

Yanvarın 17-də idmançı ilə reallaşacaq görüş zamanı o, idman təcrübəsi və nailiyyətləri barədə qonaqlarla məlumat verəcək, onu qələbəyə aparan həyat yolundan danışacaq.

Eyni zamanda, idmançı “YARAT”da nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgisi ilə tanış olacaq, təəssüratlarını bölüşəcək.

İdmançı ilə görüş arzusunda olan hər kəs tədbirdə iştirak edə bilər.

azertag.az