Bakı metrosunda yolkalar qurulur
15.12.2017

Yeni il ərəfəsində Bakı Metropoliteninin stansiyalarında yolkaların qurulmasına başlanıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qeyd edib ki, artıq "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Memar Əcəmi" və "Koroğlu" stansiyalarında yolkalar qurulub.

O, müxtəlif posterlərin və sürprizlərin də olacağını vurğulayıb.

trend