Azərbaycanın futbol yığmalarının rəqibləri müəyyənləşib
24.11.2017

Bu gün İsveçrənin Nyon şəhərində 19 və 17 yaşadək qızlardan ibarət milli komandalar arasında AVRO-2018-in elit raundunun, həmçinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığması AVRO-2018-in elit raundunda Almaniya, İrlandiya və İslandiya ilə bir qrupda yer alacaq. AVRO-2019-un seçmə mərhələsində isə rəqiblər İngiltərə, İslandiya və Moldova olacaq.
19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması isə AVRO-2018-in elit raundunda Fransa, Belçika və Finlandiya ilə, AVRO-2019-un ilkin seçmə mərhələsində isə İsveçrə, Türkiyə və Kiprlə birgə mübarizə aparacaq.

report.az